Britaniya hökuməti avropalıları kütləvi deportasiya ilə hədələyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyindən bildirilib. Ölkə səlahiyyətliləri qeyd edib ki, Böyük Britaniya Avropa Birliyindən çıxacağı halda üç milyon avropalını ərazisindən deportasiya edə bilər.
Qeyd edək ki, Böyük Britaniyanın AB-dən çıxıb-çıxmaması ilə bağlı iyunun 23-də ölkədə referendum keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər