Böyük Britaniyanın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Lvova köçür.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
“Böyük Britaniyanın Kiyevdəki səfirliyi müvəqqəti olaraq köçür. Səfirliyin əməkdaşları Böyük Britaniyanın Lvovdakı səfirliyindən işləyirlər", - XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, fevralın 15-də Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə əlaqədar Britaniya səfirliyinin əməkdaşlarının bir hissəsinin Lvova köçdüyünü açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər