Böyük Britaniya koronavirus epidemiyasının pik həddini geridə qoyub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş Nazir Boris Conson bildirib.
“Pik həddini geridə qoyduğumuzu elan edə bilərəm. Biz artıq enişdəyik”, - deyə Conson deyib.
Onun sözlərinə görə, karantin qaydalarından imtina edilməsi və ya yumşaldılması hələ müzakirə mərhələsindədir.
Son məlumata görə, Böyük britaniyada 165 mindən çox insan koronavirusa yoluxub, 26 mindən çox pasiyent isə dünaysını dəyişib.
Son xəbərlər
Son Xəbərlər