Britaniya kral ailəsi maliyyə hesabatını təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Bildirilib ki, il ərzində kral mülklərindən əldə edilən gəlir 1,1 milyard funta qədər artıb.
Mənfəətin artması o demək olacaq ki, dövlət növbəti maliyyə ilində kral ailəsinə ehtiyacları üçün daha böyük məbləğ ayırmalı olacaq. Kral III Çarlz və onun yaxın ailəsinə edilən ianələr 45 milyon funt sterlinq artaraq 132 milyon funt-sterlinqə çatacaq.
Bu vəsaitin bir hissəsi Bukinqem sarayının təmirinə sərf olunacaq. Bundan əlavə, gələn il kral ailəsi təxminən 15 il əvvəl alınmış köhnəni əvəz edərək iki yeni helikopter almağı planlaşdırır.