Britaniya Kralı III Çarlz Zelenskaya ilə görüşdü

britaniya-krali-iii-carlz-zelenskaya-ile-gorusdu
Oxunma sayı: 2095

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu  haqda Zelenskaya “Instagram” səhifəsində paylaşım edib.

“Mən Londondakı Katolik Katedralini ziyarət edən Əlahəzrət Kral III Çarlzla şəxsən görüşmək şərəfinə nail oldum. Əlahəzrət ilk dəfə deyil ki, Ukrayna xalqını dəstəkləməyə vaxt ayırır. Bütün ukraynalılar adından Böyük Britaniyanın Ukraynaya göstərdiyi və göstərəcəyi köməyə görə təşəkkür edirəm. Çünki burada, Londonda, hər addımda, hər görüşdə bu dəstəyin nə qədər güclü olduğunu hiss edirəm ”, - deyə o qeyd edib.