“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir postuna namizəd olan Milibendin partiyası mayın 7-i keçirilən parlament seçkilərində uğursuz nəticə əldə etdikdən sonra o bu addımı atıb:
“Mən artıq Devid Kemerona zəng etdim və qələbə münasibəti təbrik etdim. Mən indiyə qədər əminəm ki, Böyük Britaniyaya leyborist hökumət lazımdır, lakin seçicilər başqa cür qərar verdilər və buna görə də mən postumu tərk edirəm”.
Qeyd edək ki, Leyboristlər Partiyası parlamentdə 228 yer əldə etməklə, ötən illə müqayisədə 26 deputat mandatını itirərək seçkiləri uduzublar.
Son xəbərlər
Son Xəbərlər