Britaniya mərhum iranlı general-mayora qarşı sanksiyanı ləğv etdi

Britaniya mərhum iranlı general-mayora qarşı sanksiyanı ləğv etdi
Oxunma sayı: 1223

Böyük Britaniya 2011-ci ildə sanksiya tətbiq etdiyi 4 İran vətəndaşını siyahıdan çıxarıb.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Avropa sanksiyaları saytında paylaşılıb.

Sözügedən şəxslər Əhməd Zərgər, Həsən Həddad, Məhəmməd Hicazi və İran Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-mayor Seyid Həsən Firuzabadidir.

Qeyd edək ki, Seyid Həsən Firuzabadi ötən ilin sentyabrında dünyasını dəyişib.