Böyük Britaniyanın Nazirlər Kabineti Vladimir Putinlə Donald Trampın gözlənilən görüşündən sonra əldə edə biləcəkləri “dinc razılaşma”dan ehtiyat edir. Onlar bu görüşün NATO birliyini zəiflətməsindən qorxurlar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times” nəşri Nazirlər Kabinetindəki mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Moskva ilə Vaşinqton arasındakı hipotetik “saziş” NATO üçün sərfəli deyil. Londonda hesab edirlər ki, danışıqların gedişində Putin Trampı Norveçdə alyansın payız hərbi təlimlərində iştirak etməməyə inandıracaq və amerikalı lideri Ukraynanın şərqində sülhün bərqərar edilməsi qarşılığında Krımın ilhaqının tanınması, həmçinin sanksiya rejiminin dəyişdirilməsinə razı sala biləcək. Bu isə NATO-nun birliyinin zəifləməsi anlamına
“Bizi konkret olaraq Putinlə Tramp arasında bu cür gözlənilməz “sülh sazişi”nin imzalanması narahat edir. Təsəvvür etmək olar ki, onlar necə “Bu qədər hərbi texnika Avropada bizim nəyimizə lazımdır” deyirlər və çıxarılmasına başlamaq üçün razılığa gəlirlər”.
Qeyd edək ki, ABŞ prezidenti həmkarı Putinlə NATO sammitindən sonra Helsink şəhərində görüşəcəklərini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər