Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Oxunma sayı: 1008

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək, daha 7 fiziki və hüquqi şəxsə məhdudiyyətlər qoyub.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, yeni sanksiyalar filosof və politoloq Aleksandr Duqinin qızı Darya Duqinaya, həmçinin Yevgeni Qlotov, Mixail Sinelin, Aelita Mamakova, Yuri Fedin, Alena Çuqulovaya şamil edilib. Onların hamısı, Britaniya hakimiyyətinin fikrincə, “NewsFront” və ya “SouthFront” xəbər portalları da daxil olmaqla, dezinformasiyanın yayılmasında təqsirləndirilirlər. 

Sanksiyalar Türkiyədə fəaliyyət göstərən və “Rusiyayönlü dezinformasiya”nı təbliğ etdiyi bildirlən “United World International”a da tətbiq olunub.