Britaniya səfiri İran XİN-ə çağırıldı

britaniya-sefiri-iran-xin-e-cagirildi
Oxunma sayı: 1532

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliff İran XİN-ə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb.

“Buna səbəb Britaniya XİN-in təxribat xarakterli açıqlamaları olub”, - deyə məlumatda qeyd olunub.

İran XİN-in departamentlərininin birindən verilən məlumata görə, Böyük Britaniya İranda baş verən hadisələri təxribat kimi təqdim edir.