Böyük Britaniya ilk dəfə olaraq Skripalların zəhərlənməsində şübhəli bildikləri şəxslərin adlarını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya prokurorluğu bəyan edib ki, Aleksandr Petrovla Ruslan Boşirovun Skripalları qətlə yetirməyə cəhd etmələrinə dair əllərində kifayət qədər əsaslar var.
Şübhəlilərin hər ikisi Rusiya vətəndaşlarıdır. Onlar dörd maddə ilə ittiham olunurlar.
Britaniya Moskvadan şübhəlilərin ekstradisiyasını tələb etməyəcək, belə ki, onların həbsi üçün Avropa orderi verilib.
Xatırladaq ki, hadisə 2018-ci ilin martında Solsberidə baş verib. London keçmiş cəsus Sergey Skripalla qızının zəhərlənməsində rəsmi Moskvanı ittiham etsə də, Rusiya ittihamları rədd etmişdi.
***
London polisi bildirib ki, şübhəlilər martın 2-də Londona gəliblər. Petrovla Boşirovun qaldığı oteldə zəhərləyici maddə olan “Noviçok”un izləri tapılıb.

Son xəbərlər
Son Xəbərlər