Britaniya ukraynalı qaçqınlar üçün viza rejimini sadələşdirdi

britaniya-ukraynali-qacqinlar-ucun-viza-rejimini-sadelesdirdi
Oxunma sayı: 1047

Böyük Britaniya ukraynalı qaçqınlar üçün vizaların alınması proqramını onlayn rejimə keçirib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel deyib.

Onun sözlərinə görə, gələn həftədən etibarən ukraynalılar Britaniyaya səfər etməzdən öncə viza mərkəzinə getməli olmayacaqlar.  

“Ukraynalılar bura daxil olmaq üçün harada olurlarsa olsunlar, onlayn rejimdə icazə əldə edə biləcək və biometrik məlumatlarını artıq Böyük Britaniyada təhvil verə biləcəklər”, - Patel deyib.