Britaniya Ukraynaya uzaqmənzilli artilleriya və gəmi əleyhinə raketlər verəcək

britaniya-ukraynaya-uzaqmenzilli-artilleriya-ve-gemi-eleyhine-raketler-verecek
Oxunma sayı: 1209

Böyük Britaniya Ukraynaya uzaqmənzilli artilleriya, gəmi əleyhinə raketlər və pilotsuz təyyarələr verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında bildirilir.

Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın baş naziri Boris Conson ilə telefon danışığı olub, tərəflər Ukraynaya hərbi dəstək və qlobal ərzaq təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Conson Rusiyanı istənilən hərbi əsirlərlə ləyaqətlə və əhəmiyyətlə davranmağa çağırıb.