Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfəri barədə xahişinə razılıq verib.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
“Britaniyanın xarici işlər naziri Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gəlmək barədə xahiş edib. Moskva səfərin fevralda keçirilməsinə razılıq verib”, - deyə agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Birləşmiş Krallığın XİN başçıları 2017-ci ilin dekabrından Rusiyaya səfər etmirlər.