Britaniyada Bəşər Əsədin xanımına qarşı istintaq başlayıb

britaniyada-beser-esedin-xanimina-qarsi-istintaq-baslayib
Oxunma sayı: 1911

Böyük Britaniyanın hüquq-mühafizə orqanları “Guernica 37” vəkil kollegiyasının müraciəti əsasında Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədlə bağlı ilkin istintaqa başlayıblar.

“Qafqazinfo” “The Sunday Times” nəşrinə istinadən xəbər verir ki, o, Suriyada vətəndaş müharibəsi zamanı terror aktlarının törədilməsini təhrik etməkdə şübhəli bilinir.

Əsma Əsəd hərbi cinayətlərdə şübhəli bilindiyi üçün məhkəmə təqibinə məruz qala və Böyük Britaniya vətəndaşlığını itirə bilər.