Britaniyada daha bir istefa

britaniyada-daha-bir-istefa
Oxunma sayı: 2133

Britaniyanın Mühafizəkarlar Partiyasının sədr müavini Bim Afolami istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Talk” telekanalının efirində məlumat verib.

“Düşünürəm ki, mən istefa verməliyəm, çünki bu baş nazirin yanında işləyə bilmərəm”, - Afolami qeyd edib.

Onun sözlərinə görə, Baş nazir Boris Consonun özünə inamı itirib və postunu tərk etməlidir.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və onun həmkarı, səhiyyə naziri Sacid Cavid istefa veriblər.