Britaniyada deputatlar bir gecədə sıravi vətəndaşa çevrildilər

britaniyada-deputatlar-bir-gecede-siravi-vetendasa-cevrildiler
Oxunma sayı: 686

Böyük Britaniya parlamenti növbədənkənar seçkilər öncəsi buraxılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq gecə yarısından etibarən deputatlar hansısa imtiyazları olmayan sıravi vətəndaşları olublar. 

Bununla da, səsvermə gününə, yəni  iyunun 8-nə kimi ölkə ali qanunverici orqanısz qalacaq. 

Qeyd edək ki, Böyük Britaniyada seçkilər əvvəlcə 2020-ci ilə planlaşdırılmışdı. Lakin hökumət başçısı növbədənkənar seçki keçirilməsi təşəbbüsünü irəli sürdü. Baş nazir Tereza Meyin sözlərinə görə, ölkənin Aİ-dən çıxmaq üçün müəyyənlik, stabillik və güclü rəhbərliyə ehtiyacı var.