Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 8-də erkən parlament seçkilərinin keçiriləcəyini elan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, Britaniya Brexit qərarından sonra müəyyənlik, stabillik və güclü rəhbərliyə ehtiyac duyur. Bu səbəbdən də növbədənkənar seçkilər keçirilməlidir.
Mey əlavə edib ki, hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Böyük Britaniya Avropa İttifaqını tərk edəcək və “geri donüş yoxdur”.
Qeyd edək ki, daha əvvəl seçkilərin 2020-ci ildə keçirilməsi planlaşdırılmışdı.
Son xəbərlər
Son Xəbərlər