Böyük Britaniya hökuməti həbsxanaların yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) uçuşuna qadağa qoyulduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “AFP” yayıb.
Bildirilir ki, dronların uçuşuna dair həbsxanaların yaxınlığında yeni 400 metrlik qadağa zonası yaradılıb. Burada məqsəd narkotik və mobil telefon qaçaqmalçılığına qarşı mübarizədir. Yeni qaydalar yanvarın 25-i qüvvəyə minib.
Tətbiq edilən qaydaları pozanları 10 ilə qədər həbs cəzası gözləyə bilər. Belə ki, qaydanı pozan dron istifadəçiləri 3175 dollar məbləğində cərimə ediləcək. Dron istifadəçilərinin qaçaqmalçılıqla məşğul olması aşkar edildikdə isə, onları həbs cəzası gözləyəcək.
Son xəbərlər
Son Xəbərlər