Britaniyada koronavirus qurbanlarının sayı artmaqdadır

britaniyada-koronavirus-qurbanlarinin-sayi-artmaqdadir
Oxunma sayı: 992

Böyük Britaniyada koronavirus qurbanlarının sayı 30 615-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə məlumat "worldometers.info” saytında yer alıb.

Son 24 saat ərzində 539 pasiyent vəfat edib.   

Bundan əlavə, son sutka ərzində daha 5 614 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək ölkədə ümumilikdə 206 715 nəfər koronavirusa yoluxub.

175 756 pasiyent Britaniya xəstəxanalarında müalicə olunmaqdadır. Onlardan 1 559-u ağır vəziyyətdədir.