Britaniyada koronavirus xəstələrinin sayı 98 mini ötdü

britaniyada-koronavirus-xestelerinin-sayi-98-mini-otdu
Oxunma sayı: 860

Böyük Britaniyada sutka ərzində koronavirusa daha 4603 nəfər yoluxub.

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19 xəstələrinin sayı 98 min 476 nəfərə çatıb.

Son 24 saat ərzində isə 761 nəfər ölüb.

Koronavirus qurbanlarının ümumi sayı 12 min 868 nəfər təşkil edir.