Britaniyada koronavirusa yoluxanların sayı 300 mini ötdü

britaniyada-koronavirusa-yoluxanlarin-sayi-300-mini-otdu
Oxunma sayı: 1097

Böyük Britaniyada son sutka ərzində daha 685 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Britaniyada xəstələnənlərin sayı 300 111-ə yüksəlib.  

Qeyd edək ki, ölkə hakimiyyəti iyulun 17-də koronavirusdan ölümlərin gündəlik statistikasını dərc etməyi dayandırıb. İyulun 16-na olan məlumata görə, Britaniyada 45 mindən çox insan COVID-19-un qurbanı olub.