Britaniyada koronavirusdan ölən səhiyyə işçilərinin ailələrinə kompensasiya veriləcək

britaniyada-koronavirusdan-olen-sehiyye-iscilerinin-ailelerine-kompensasiya-verilecek
Oxunma sayı: 896

Böyük Britaniyada koronavirusdan dünyasını dəyişən səhiyyə işçilərinin ailələrinə və sosial xidmət işçilərinə kompensasiya ödəniləcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kompensasiyanın məbləği 60 min funtsterlinq müəyyənləşdirilib. Bu məbləğ təqaüdə çıxdıqdan sonra vəzifə çağırışına cavab verən səhiyyə işçilərini də əhatə edəcək.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusdan 100-dən çox səhiyyə işçisi, 16 sosial xidmət işçisi dünyasını dəyişib.