Britaniyada “Meymun çiçəyi”nə 11 yeni yoluxma qeydə alındı

britaniyada-meymun-ciceyine-11-yeni-yoluxma-qeyde-alindi
Oxunma sayı: 1533

Böyük Britaniyada insanlar arasında “Meymun çiçəyi” virusuna daha 11 yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri Sacid Cavid açıqlayıb.

Onun sözlərinə görə, yoluxan şəxslər xəstəliyi yüngül formada keçirir. Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya “Meymun çiçəyi” xəstəliyinə qarşı vaksinin əlavə dozalarını alıb.

Xatırladaq ki, Böyük Britaniyada mayın 7-dən etibarən ümumilikdə 9 yoluxma halı aşkar olunmuşdu.

Hazırda isə dünyanın müxtəlif ölkələrində sözügedən virusa 60-dan çox yoluxma qeydə alınıb. Virus əsas olaraq ABŞ, Kanada, İspaniya, İtaliya, Portuqaliya, Böyük Britaniya, Fransa, İsveç, Belçika və Avstraliyada aşkarlanıb. 

Həmçinin oxuyun: “Meymun çiçəyi” virusu nədir? - Simptomları