Britaniyada qızıl unitazı oğurlayanlar saxlanıldı

Britaniyada qızıl unitazı oğurlayanlar saxlanıldı
Oxunma sayı: 1717

Böyük Britaniya hüquq mühafizə orqanları əməkdaşları Uinston Çörçillin anadan olduğu Bleyneym sarayından qızıl unitazı oğurlayan iki kişini saxlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “İTV News” xəbər verib.  

Cinayəti törədən şəxslərin 66 və 36 yaşları olduğu bildirilir. Unitazın özü hələ tapılmayıb.

“Amerika” adlı təmiz qızıldan olan unitazın qiyməti 1 milyon dollardan çox təşkil edir.

Xatırladaq ki, daha əvvəl unitaz Nyu-Yorkun Quttenhaym muzeyində nümayiş olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi