Britaniyada ukraynalı qaçqınlara sığınacaq verən ailələrə pul ödəniləcək

britaniyada-ukraynali-qacqinlara-siginacaq-veren-ailelere-pul-odenilecek
Oxunma sayı: 2398

Böyük Britaniya hökuməti “Ukrayna üçün evlər” proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək sadə britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Xüsusilə, “Ukrayna üçün evlər” proqramına əsasən, ukraynalıları ən azı 6 ay pulsuz mənzillə təmin edən ingilislər, nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, ayda 350 funt-sterlinq alacaqlar.

Ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

Həmçinin martın 13-də ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirə biləcəkləri internet saytı fəaliyyətə başlayacaq. Bütün ukraynalılar təhlükəsizlik yoxlamasından keçməlidirlər.

Eyni zamanda, təhlükəsizlik xidməti rəhbərləri artıq viza tələblərinin yumşaldılmasından narahat olduqlarını bildiriblər.