Böyük Britaniyada keçiriləcək tacqoyma mərasimində vətəndaşlar sədaqət andı içəcəklər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasimin “Lordların Sədaqət Bəyannaməsi” bölməsi “Xalqın Sadiqlik Bəyannaməsi” olaraq dəyişdirilib.
Milyonlarla insan mərasimi ekranlarda izləyəcək və orada təqdim edilən and mətnini oxuyacaq.
Yeni düzəlişlə tarixdə ilk dəfə olaraq kralın dövlət başçısı olduğu bütün Millətlər Birliyi ölkələrinin vətəndaşları krala sədaqət andı içməyə çağırılacaq.
Qeyd edək ki, Britaniya mayın 6-da 96 ildən sonra ilk tacqoyma mərasiminə hazırlaşır.
Mərasim Londondakı Vestminster kilsəsində keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər