Britaniyadakı hücum onların həyatına son qoydu... - Fotolar

britaniyadaki-hucum-onlarin-heyatina-son-qoydu
Oxunma sayı: 6837

Bir müddət əvvəl Böyük Britaniyanın Sautport şəhərində Mersisaydda rəqs dərsində kütləvi bıçaqlanma baş verib. İlkin məlumata görə, hadisə zamanı iki uşağın öldüyü, 9 nəfərin isə yaralandığı deyilirdi. Xəsarət alanlardan iki nəfərin böyük olduğu və hücuma məruz qalan uşaqları qorumaq istəyərkən yaralandıqları bildirilirdi.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Baş naziri Ser Keir Starmer insident zamanı üç uşağın öldüyünü açıqlayıb.

Bildirilib ki, ölənlər 6 yaşlı Bebe Kinq, 7 yaşlı Elsi Dot Stankomb və 9 yaşlı Alis Aquaro olub.

Məlumata görə, xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağır olaraq qalır.

Qeyd olunur ki, hadisədən sonra Lançare əyalətindən olan 17 yaşlı şübhəli həbs edilib. Hücum terror aktı kimi qiymətləndirilmir.

Fotoda Bebe Kinq

Fotoda Elsi Dot Stankomb

Fotoda Alis Aquaro