“Britaniyalı döyüşçülər hərbi əsir deyil” - Zaxarova

britaniyali-doyusculer-herbi-esir-deyil
Oxunma sayı: 3172

DXR"də edam cəzasına məhkum edilmiş britaniyalılar beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir statusu almaq hüququna malik deyillər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Britaniya rəsmilərinin bəyanatlarının əksinə olaraq, adıçəkilən vətəndaşlar hərbi əsir deyil, muzdludurlar. Qərbin Kiyev millətçi rejiminə kömək üçün göndərdiyi muzdlular beynəlxalq humanitar hüquqa görə hərbi əsir deyillər”, - Zaxarova qeyd edib.

O əlavə edib ki, Eyden Aslin və Şon Pinnerlə bağlı Britaniya tərəfdən Rusiya Xarici İşlər Nazirliyinə müraciət daxil olmayıb.