Britaniyalı nazir qaydanı pozduğuna görə cərimələndi

britaniyali-nazir-qaydani-pozduguna-gore-cerimelendi
Oxunma sayı: 2115

Böyük Britaniyada immiqrasiya üzrə nazir Robert Jenrik 6 ay avtomobil idarə edə bilməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Jenrikin ötən ilin avqustunda Londonu ölkənin şimalındakı Lids şəhəri ilə birləşdirən M1 avtomobil yolunda sürət həddini 40 mil (təxminən 65 kilometr) pozmasıdır.

Məhkəmədə saatda 68 mil (təxminən 110 kilometr) sürətlə getdiyini etiraf edən Jenrik, altı ay qadağa və 1639 funt sterlinq cərimə edilib.