Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Kroftsu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar.
Səfir Kerol Krofts Azərbaycanda həyata keçirdiyi diplomatik fəaliyyətindən məmnunluqla bəhs edərək diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı Səfir Kerol Kroftsu məlumatlandırıb.
E.Məmmədyarov K.Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər