Britaniyalılar koronavirusdan qorunma tövsiyələrinə məhəl qoymur

britaniyalilar-koronavirusdan-qorunma-tovsiyelerine-mehel-qoymur
Oxunma sayı: 2229

Böyük Britaniya hökumətinin ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə elan etdiyi tövsiyələrə rəğmən ictimai nəqliyyat vasitələrində mütəmadi sıxlıq müşahidə olunur.

"Qafqazinfo" "The Mirror"a istinadən xəbər verir ki, hökumət rəsmiləri vətəndaşlara virusdan qorunmaq üçün bir-birlərinə 2 metrdən az məsafədə  yaxınlaşmamağı tövsiyə edib. Buna baxmayaraq, pik saatlarda metro və avtobuslarda mütəmadi sıxlıq müşahidə olunur. Sosial şəbəkələrdə istifadəçilər məsafədən işləyə bilmədikləri üçün ofisə getməyə davam etdiklərini bildirirlər. Bəzi vətəndaşlar isə pandemiya zamanı üzləşə biləcəkləri maddi çətinliklərdən narahatdır.

Qeyd edək ki, Böyük Britaniyada 6650 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 335 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.