Britaniyanın DİN rəhbəri miqrant qalmaqalına görə istefa verdi

britaniyanin-din-rehberi-miqrant-qalmaqalina-gore-istefa-verdi
Oxunma sayı: 974

Böyük Britaniyanın daxili işlər naziri Ember Radd istefa ərizəsi yazıb, baş nazir isə onu qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, DİN rəhbəri ötən gecə baş nazir Tereza Meyə zəng edərək qərarını açıqlayıb. Nazirin istefası Britaniya DİN-in miqrasiya siyasəti ətrafında yaranmış qalmaqalla əlaqədardır. 

Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra Böyük Britaniya işçi qüvvəsinin çatışmazlığı ilə əlaqədar Karib hövzəsi və Afrika ölkələri vətəndaşlarını işləməyə dəvət edib. Bu yaxınlarda Guardian qəzetinin yaydığı məlumata görə, Britaniya DİN-də “Windrush nəsli” adlandırılan konkret sayda miqrantın ölkədən deportasiyasına dair proqram var.  “Windrush nəsli” 1948-ci ildə Böyük Britaniyaya miqrantların ilk qrupunu gətirən gəminin adı olub. 

Nəşrin yazdığına görə, miqrantlara tibbi yardım göstərməkdən imtina etməyə başlayıblar, tez-tez daimi yaşayış haqda sənədləri olmayanlar deportasiya ilə təhdid edilir. Bir sözlə, şüurlu şəkildə onlar üçün “düşmən mühiti “ yaradılır. 

İstefa ərizəsi yazmadan əvvəl Radd tvitterdə bəyanat yazaraq miqrantların deportasiyası ilə bağlı bu qədər sübutun mövcudluğundan xəbərsiz olduğu üçün üzr istəyib:

“Etiraf edirəm ki, bu haqda məlumatlı olmalı idi, lakin heç nə bilmirdim. Mən KİV-ə düşən sənədləri görməmişdim, hərçənd ki, ofisimə onların surəti göndərilmişdi”.