Böyük Britaniya gələn həftə Ukraynanın paytaxtı Kiyevdə öz səfirliyinin fəaliyyətini bərpa edəcək.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlayıb.
Xatırladaq ki, Boris Conson aprelin 9-u Kiyevə səfər edib. Conson Kiyevdə ölkə Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
Qeyd edək ki, artıq Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistan diplomatları Kiyevdə fəaliyyətini bərpa edib.
Son xəbərlər
Son Xəbərlər