Britaniyanın qərarı manata necə təsir edəcək? - Mərkəzi Bank açıqladı

britaniyanin-qerari-manata-nece-tesir-edecek-
Oxunma sayı: 5166

“Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında “Brexit”lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır”.

Bu barədə “Qafqazinfo”ya Mərkəzi Bankdan bildirilib.

Ölkənin əsas bankı qeyd edir ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin də ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.