Britaniyanın XİN rəhbəri də Rusiyaya gedir

britaniyanin-xin-rehberi-de-rusiyaya-gedir
Oxunma sayı: 1016

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times” qəzeti yayıb.

Trassın Moskvaya səfəri fevralın 10-u baş tutacaq. O, burada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüş zamanı Ukrayna ətrafında vəziyyətin müzakirə ediləcəyi gözlənilir.