Görüşdə British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər. BANM-in rektoru Elmar Qasımov onları Ali Məktəbdə təkrar görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və British Council arasında olan əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində danışıb.
Maykl Börd British Council və BANM arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib. O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər