Amerikalı müğənni Britni Spirsin atası xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” “Usatoday.com”a istinadən xəbər verir ki, 37 yaşlı ifaçı atasının vəziyyətini ağır və hətta ölüm ayağında olduğunu bildirib.
O, belə bir vəziyyətdə atasının yanında olmağının vacibliyini bildirib və buna görə də bir neçə konsertini ləğv edib:
“Ailənizi hər zaman ilk sıraya qoymağınız vacibdir. Mənim də verdiyim qərar budur”.
Spirs ləğv etdiyi konsertlərə bilet alanların pullarının geri qaytarılacağını da deyib.
Son xəbərlər
Son Xəbərlər