Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək.
"Qafqazinfo" xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. “Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyyətinin birgə məşqlərinə start verilib.
Bu münasibətlə “Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) Azərbaycana gəliblər.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı “Brodvey” layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş azaddır.
Son xəbərlər
Son Xəbərlər