Rövnəq Abdullayev necə prezident seçilib? – Müəmma

rovneq-abdullayev-nece-prezident-secilib-muemma
Oxunma sayı: 669

Səsvermənin nəticələrinə əsasən Rövnəq Abdullayev ikinci dəfə AFFA-nın prezidenti seçilib. R.Abdullayev qarşıdakı 4 ildə də quruma rəhbərlik edəcək. Eyni zamanda AFFA İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər - Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçiliblər.

Rövnəq Abdullayevin növbəti 4 ildə quruma rəhbərlik etməsi heç də birmənalı qarşılanmır. Çünki onun başçılığı ilə geridə qalan 4 ildə qurum nə Azərbaycanda futbolun inkişafı, nə də bu sahədə hər hansı bir irəliləyişə nail olub. Bəs, belədirə qarşıdakı illərdə R.Abdullayevin rəhbərliyi altında inkişaf gözləməyə dəyərmi? Ümumiyyətlə. AFFA-dakı seçkilərn nə dərəcədə obyektiv keçirildi? Qol.az idman saytının baş redaktoru Aydın Bağırov “Yeni Müsavat” açıqlamasında bildirdi ki, bu seçkilərin nəticələri tam gözlənilən idi. Onun sözlərinə görə, seçkinin nəticələrinə təəccüblənmək lazım deyil: “Başqa tərəfdən baxanda seçkidə başqa namizədin olması yaxşı olardı. Amma yenə də bu gün faktiki olaraq Rövnəq Abdullayev haqda danışmağa ehtiyac yoxdur. Mən burda təəccüblü heç nə görmürəm. Ancaq geniş mənada qarşıdakı 4 ildə Azərbaycan futbolundan bir şey gözləmirəm”.