Röya özünü dəyişdirdi- Fotolar

roya-ozunu-deyisdirdi-fotolar
Oxunma sayı: 647

Trend-ə daxil olan məlumata görə, estetik əməliyyat vasitəsilə may ayında saçlarını uzadan Röya, bu dəfə ağ rəngli saçlarını başqa boya ilə yeniləyəcək. Sürpiz olsun deyə, o, hələ ki bu barədə danışmağı lazım bilmir. Necə deyərlər, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

İmic dəyişkənliyindən əsla çəkinməyən pop ulduz, yay boyunca pərəstişkarlarını sevindirməkdə davam edəcək. Ehtimal olunur ki, Röya Ayxan avqustda istirahət mərkəzlərinin birində yay konserti ilə tamaşaçılar qarşısına çıxacaq.