Röyanın adı “əməkdar artist” siyahısından çıxarılıb - Təzad

royanin-adi-emekdar-artist-siyahisindan-cixarilib-tezad
Oxunma sayı: 682



Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup şəxsə əməkdar artist fərxi adı verilidi. “Qafqazinfo”nun məlumatına görə, hər dəfə olduğu kimi budəfə də fərxi adların verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Artıq neçə gündür ki, fəxri ad alan şəxslərlə bağlı mətbuatda müxtəlif yazılar dərc olunur, etirazlar səslənir. Xüusi ilə Səməd Səmədova xalq artisti adının verilməsinə kəskin reaksiyaları görürük.

Bu arada böyük maraqla qarşılanacaq bir xəbər əldə etmişik. Məlumata görə, “əməkdar artist” siyahısı hazırlanarkən Azərbaycan ən populyar estrada müğənnisi Röyanın da sənədləri alınıb. Hətta Röya əvvəlcə ad almaq üçün tələsmədəyini, bunun tez olduğunu bildirərək təvazökarlıq edib. Lakin onun etirazları nəzərə alınmayıb və təkildə müğənnidən sənədlərini təqdim etmək xahiş edilib. Röya da sənədlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.

Siyahı hazırlanaraq yuxarı göndərilib. Lakin adlarla bağlı sərəncam verildikdə Röyanın adı orada olmayıb. Məlumatlara görə, ölkənin bir nömrəli estrada müğənnisinin, “əməkdar artıst” siyahısında yer alan həmin 20 nəfərdən daha çox istedada və auditoriyaya sahib olan Röyanın üstündən xətt çəkilməsi onun repertuarı ilə bağlıdır. Daha doğrusu Röyanın müraciət etdiyi bəstəkar, oxuduğu mahnılarla bağlıdır. Belə ki, müvafiq dairədə Röyanın məhz sabiq millət vəkili Hüseyn Abdullayevin mahnılarını oxuması faktı qabardılıb və onun ipə-sapa yatmadığı vurğulanıb. Bununla da, sənətçinin adı siyahıdan çıxarılıb.

Burada bir maraqlı məqamı qeyd etmək yerinə düşür. Maraqlıdır ki, Röyanın sonuncu ifa etdiyi Hüseyn Abdullayevin “Sənə görə” mahnısı internetdə bir milyondan artıq yükləmə edilib. Bizcə, təkcə bu fakt onu deməyə əsas verir ki, sənətçi çalışıb xalqın artisti olmağı bacarmalıdır, kağız üzərindəki “xalq artisti” yox...