Röyanın oğlu səhnədə – Fotosessiya

royanin-oglu-sehnede-fotosessiya-
Oxunma sayı: 1123

Jurnalist, eyni zamanda bir çox mahnıların sözlərinin müəllifi Ülviyyə Alovlu bu günlərdə restoranların birində ad günü mərasimi keçirib. “Qafqazinfo”nun məlumatına görə, qonaqlığa şairənin ən yaxın həmkarları və sənət dostları gəlib. Onlar arasında “Space” radiosunun baş prodüseri İlahə Şıxlinskaya, İTV-nin aparıcısı Könül Arifqızı, ATV-nin aparıcısı Nurlana, “Space” radionun DJ-i Gülnar Muradova, bəstəkarlar İsa Məlikov, Ülviyyə Vəliyeva və Rüstəm Qədirov, müğənnilərdən Faiq Ağayev, Röya, Rəhim Rəhimli və başqaları olub. Bu gün həm Röya, həm də Faiq Ağayev Alovlunun ad günü münasibəti ilə pəhrizlərini pozduqlarını deyərək, doyunca yeyib içiblər. Həmin gün ona ən gözəl sürprizi bir vaxtlar mətbuat katibi olduğu, ən yaxın rəfiqəsi Röya Ayxan edib. Belə ki, məclisə ailəvi gələn ulduz 2 yaşlı balaca oğlu Hüseyni də gətirib. Hüseyn məclis boyu əlinə mikrofon alaraq ortada dolaşıb.

Yeri gəlmişkən, ad gününün keçirildiyi tarix Röyanın ailə qurmasının 3 illiyinə təsadüf etdiyindən bayram bayrama qarışıb. Şou əhli gecədən xeyli keçənədək əylənib.

Nigar