Roza Zərgərli türk aktyorla – Fotosessiya

roza-zergerli-turk-aktyorla-fotosessiya-
Oxunma sayı: 758

Roza Zərgərli deyib ki, klipdə məşhur türk aktyoru Erol Günaydın da rol alıb. Çəkilişlər Bosfor boğazında və Türkiyənin Böyükada adasında aparılıb. Klipdə Erol Günaydın gəmi kapitanı olub. Rolunu ürəkdən oynayan aktyor çəkilişdə həqiqətən ağlayıb. Roza Zərgərli türk aktyorunun kaprizli olduğunu deyib: “O, həmişə klip çəkilişlərindən imtina edib. Cəmi bir dəfə Emre Altuğun klipində çəkilməsinə razılıq verib. Azərbaycandan gələn təklif isə ürəyincə olub, çünki azərbaycanlılarla işləməyi arzu edirmiş”.

Aktyor Roza Zərgərliyə və qızına xatirə hədiyyəsi bağışlayıb. Roza da öz növbəsində aktyoru klipin sentyabr ayında Bakıda keçiriləcək təqdimatına dəvət edib.

Nigar