“Brügge” baş məşqçisini istefaya yolladı

brugge-bas-mesqcisini-istefaya-yolladi
Oxunma sayı: 2038

"Brügge" Çempionlar Liqasından kənarda qaldıqdan sonra baş məşqçisi Skott Parkeri istefaya göndərib.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika klubunun rəhbərliyi "Benfika"ya 1:5 hesablı məğlubiyyətdən sonra buna qərar veriblər. 

“Brügge”yə bundan sonra kimin rəhbərlik edəcəyi məlum deyil.