Bruklində Beynəlxalq Dostluq günü keçirilib

bruklinde-beynelxalq-dostluq-gunu-kecirilib
Oxunma sayı: 947

Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələri olan Amerika Birləşmiş Ştatları Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 4-cü Beynəlxalq Dostluq günü keçirilib. 

Səbail İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bayram mərasimində dünyanın müxtəlif ölkələrindən Nyu-York şəhərinə köçmüş yüzlərlə insanlar iştirak edib. Səhər saatlarından ilk olaraq Beynəlxalq Dostluq gününə həsr olunmuş Birlik yürüşü başlanıb. Yürüş iştirakçıları 195 ölkənin dövlət bayraqlarını daşıyıb. ABŞ-da Azərbaycan diasporunu təmsil edən 3 təşkilat – Marietta Rozertalın rəhbərlik etdiyi Bakı-Bruklin Dostluq Assosiasiyası (Brooklyn Baku Friendship Association), Oleq Mövsümovun rəhbəri oluduğu AZZEM Beynəlxalq Fondu Nyu Yorkdakı Azərbaycan təşkilatı və rəhbəri Alyona Bədəlova olan «Mənim Yolum» (My Way Development Centrer)  uşaq və gənclərin Bədii İnkişaf Mərkəzinin nümayəndələri bu yürüşdə fəal iştirak ediblər. 

Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi tərəfindən Bakıdan göndərilmiş ölkəmizin mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folklyoru, musiqisi, rəqsləri, idman uğurları və turizm obyektləri barədə məlumat və maraqlı materiallar Amerikalı tamaşaçılara təqdim olunub.