Bruney sultanı, Baş naziri Hassanal Bolkiahın 36 yaşlı şahzadə qızı Fadzillah Lubabul haqqında məlumat verilməyən Avanq Abdullah Nabil Mahmud Əl-Haşimi ilə ailə həyatı qurub.
“Qafqazinfo” xəbər verir ki, dəbdəbəli tədbirdən görüntüləri malayziyalı dizayner Bernar Çandran instaqram səhifəsində paylaşıb.
Xarici mətbuatın yazdığına görə, cütlüyün nikaha girməsi dekabrın 31-də məlum olub, toy isə yanvarın 16-da başlayıb və bir həftə davam edib.
Yeni ailə quranlar toya brilliantlar, bahalı daş-qaşlarla bəzədilmiş geyimlərdə qatılıb.
İndoneziya mətbuatının iddiasına görə, bəyin ölkədə kofe restoranları şəbəkəsi var.
Qeyd edək ki, şahzadə Fadzillahın atası - Bruney sultanı Hassanal Bolkiahın dünyanın ən varlı insanlarından biridir. Onun varidatı 20 milyard dollara yaxındır. Gəlinin anası – Mariam Abdul Əziz keçmiş stüardessa və həyat yoldaşının ikinci xanımıdır. Şahzadənin özü isə 12 uşaqlı ailənin doqquzuncusudur.