Rus jurnalist Azərbaycan dolmasını erməniyə “yedizdirdi”

rus-jurnalist-azerbaycan-dolmasini-ermeniye-yedizdirdi-
Oxunma sayı: 668

Məşhur Rusiya idman jurnalisti və şərhçi Vasiliy Utkinin virtual konfransı zamanı iki erməni internet istifadəçisi onu "qədim erməni" suallarıyla elə özündən çıxardıb ki, jurnalist kifayət qədər sərt və yumorla cavab verməyə məcbur olub. Nəticədə xəstə təfəkkürlü erməni jurnalistləri biabır olublar.

“Qafqazinfo” sports.ru-ya istinadən Vasiliy Utkinin ermənilərlə sual-cavabını təqdim edir.

- Siz nə vaxtsa Ermənistanda olmusuz. Eçmiadzində İsanın bədənini deşən Longinin nizəsini gördünüzmü?

- Yox.

- Dolma sizin xoşunuza gəlirmi?

- Hə, o Azərbaycan dolmasından nə ilə fərqlənir ki?

- Erməni dolması Azərbaycan dolmasından onunla fərqlənir ki, azərbaycanlılar ermənilərin dolma yeməsindən min il sonra yaranıblar.

- Bilirsinizmi, mən heç vaxt minillik dolma yeməmişəm. Əgər erməni dolması məhz belədirsə, onda o çətin ki, mənim xoşuma gəlsin. Mən daha tər dolma dəfələrlə yemişəm – amma Azərbaycan torpağında. Elə buna görə də soruşdum: o nəyləsə fərqlənir? İzah üçün sizə təşəkkür edirəm. Əgər fərq bundadırsa, onda erməni dolması yeməli deyil.

Erməninin izahı:

- XVII əsrdən XIX əsrin başlanğıcına qədər Ermənistan Türkiyə və İran arasında bölünmüşdü. Bu dövrdə Ermənistanın təssərrüfatı, onun insan və maddi resursları tənəzzülə uğradı, amma mənəvi və maddi mədəniyyət dəyişmədi, erməni mətbəxi də məhv olmadı. Əksinə, ermənilər türk-Səlcuqların mətbəxinə öz töhfəsini verdilər, ona görə erməni yeməkləri daha sonra türklər vasitəsilə türk mətbəxinin yeməkləri kimi Avropada məşhur oldular.

Hesab etməyin ki, ağıllı görünmək istəyirəm, amma bu faydalı informasiyadır - dolma bizimdir.

- Bizim konfransda apardığımız söhbətin mövzusuna sizin dediklərinizin nə qədər aidiyyatı var? Düşbərələrin keyfiyyətinə və düşbərəni tərciyə etməyə onların mənşəyinin nə dəxli var?

Məsələn, düşbərə Çin yeməyidir… Nə olsun axı?.. Mən hər zaman bu yeməkləri yeyirəm. Siz öz tarixi ekzersisiyalarınızla cəhənnəm olun. Biz yeməyin dadlı olub-olmadığından danışırıq, onu tarixdə kimə məxsus olduğundan deyil.

Məndən soruşdular, mən erməni dolmasını sevirəmmi. Həyatımda menyuda haqqında “erməni dolması” kimi təqdimat olan xörək yeməmişəm.

Bizim tərəfimizdən yersiz erməni "tarixçilərini” layiqli yerlərinə oturtmuş Vasiliy Utkinə yalnız əlavə etmək qalır: "Əhsən, Vasiliy!" Erməni "maarifçilərindən" isə soruşuruq "qədim erməni" dolması necə adlanır? “Dolma” sözünün özü qədim türk dilindən tərcümədə"doldurulmuş" deməkdir (dolma ətdən ibarətdir, üzüm yarpağına bükülür).

Elnarə Hənifəyeva