Rus qızı birinci yerdədir – 25 milyon

rus-qizi-birinci-yerdedir-25-milyon-
Oxunma sayı: 870

Rusiyalı gözəlçə zədədən sonra kortlara dönüşünü ötən il 25 milyon dollar gəlir əldə etməklə qeyd edib. İkinci pillədə isə danimarkalı 21 yaşlı teninsçi Karolin Vazniaçki qərarlaşıb. Danimarkalı tennisçi ötən il şəxsi büdcəsini 12,5 milyon dollar artırıb. Bu iki tennisçini geridə qoyduğumuz il 12 milyon dollar gəlir əldə etmiş ralli pilotu Danika Patrik izləyir.

Sonrakı yerlərdə müvafiq olaraq Venus Uilyams (tennisçi, 11,5 milyon), Kim Klayters (tennis, 11 milyon), Serena Uilyams (tennisçi, 10,5milyon), Li Na (tennis, 10 milyon), Kim Yu-Na (fiqurlu konkisürmə, 10 milyon), Anna İvanoviç (tennisçi, 6 milyon), Paula Kreamer (qolf ustası, 5.5 milyon) qərarlaşıblar.