Rusiyada qanun: Cinayətkar xədim ediləcək

rusiyada-qanun-cinayetkar-xedim-edilecek
Oxunma sayı: 667

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Medvedevin təklif etdiyi qanun fevralın 7-də Dumadan, 22-də isə Federasiya Şurasından keçmişdi. Uşaq təcavüzçüləri üçün təklif edilən “məcburi tibbi müalicə” kimyəvi üsullarla xədim edilmə və dərman müalicəsini əhatə edəcək.

Məcburi kimyəvi xədim cəzası bir illik həbsdən sonra Səhiyyə Nazirliyi səlahiyyətliləri tərəfindən həyata keçiriləcək.

Rusiya Baş Prokurorluğunun verdiyi statistik məlumatlara görə, ümumilikdə 10 min uşağa qarşı cinayət törədilib ki, bunun da mini təcavüzlə bağlıdır.

Rusiya mütəxəssisləri bildiriblər ki, bu cəzanın tətbiq edildiyi ölkələrdə cinayət sayının yüzdə əlli faiz aşağı düşdüyü müşahidə olunub və bu cəza beynəlxalq qanunlara zidd deyil.

Qeyd edək ki, kimyəvi üsulla xədim etmə cəzası Kanada, İngiltərə, Fransa, Almaniya, Danimarka, İsrail, Norveç, Polşa, İsveç və ABŞ-ın bir sıra əyalətlərində tətbiq edilir.

Səidə